14 yaşlı qızla hamamda ölən Yusufla bağlı GÖRÜNTÜLƏR yayıldı - VİDEO
30 Aprel 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
4367
14.02.2026, 21:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibə verib.
Oxu24.com xəbər verir ki, Prezident müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı önəmli açıqlamalar verib.
Prezident bildirib ki, tarixi sənədin Ağ Evdə ABŞ prezidentinin iştirakı ilə imzalanması münaqişənin başa çatdığını və regionun daimi olacağına ümid edilən sülh mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısı qeyd edib ki, həmin vaxtdan altı aydan artıq müddət keçib və Azərbaycan–Ermənistan sərhədində vəziyyət sabitdir, atəşkəs pozuntuları qeydə alınmır, itki və yaralanma halları baş vermir.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində mövcud məhdudiyyətləri aradan qaldırıb. Eyni zamanda, Ermənistana vacib neft məhsullarının tədarükünə başlanılıb və bununla iki ölkə arasında ticari münasibətlərin əsası qoyulub.
Prezident çıxışında bildirib ki, Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etdiyi dəmiryol xətti təxminən 400 kilometrdir, əlavə olaraq Naxçıvan eksklavında 200 kilometrə yaxın hissə bərpa olunacaq. Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistan seqmenti qısa məsafəni əhatə edir və layihənin reallaşacağına əminlik ifadə edib.
Həmçinin oxuyun
Dövlət başçısı həmçinin ABŞ-ın vitse-prezidentinin səfərinin əhəmiyyətini vurğulayıb və bu səfərin ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ilə əlamətdar olduğunu bildirib.
22:53 / 01 May 2026
49
22:36 / 01 May 2026
166
22:25 / 01 May 2026
218
22:20 / 01 May 2026
168
22:11 / 01 May 2026
271
21:59 / 01 May 2026
153
21:57 / 01 May 2026
46
21:48 / 01 May 2026
113
21:44 / 01 May 2026
49
21:40 / 01 May 2026
50
21:35 / 01 May 2026
51
21:33 / 01 May 2026
73
21:30 / 01 May 2026
68
21:27 / 01 May 2026
69
21:22 / 01 May 2026
203
21:16 / 01 May 2026
278
21:10 / 01 May 2026
363
21:04 / 01 May 2026
192
20:57 / 01 May 2026
87
20:53 / 01 May 2026
57
20:49 / 01 May 2026
57
20:47 / 01 May 2026
159
20:40 / 01 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.